Belçikada qatar məktəb avtobusuna çırpıldı

20:00 26 May 2026

Belçikada qatar məktəb avtobusuna çırpılıb, ölənlər var.
 
Belçikanın Flamand regionunda yerləşən Byuqqenhaut şəhərində məktəbliləri daşıyan mikroavtobus qatarla toqquşub.
 
Qəza nəticəsində bir neçə nəfərin öldüyü bildirilir, ölənlərin dəqiq sayı məlum deyil.
 
Polis mikroavtobusda 9 nəfərin olduğunu təsdiqləyib.
 
"Infrabel” dəmir yolu şirkətinin nümayəndəsinin sözlərinə görə, qəza zamanı keçid bağlanıb.



Xəbər xətti