Onlara Dövlət Mükafatı verildi - Adlar

17:00 26 May 2026

Prezident İlham Əliyev 2026-cı il üçün Azərbaycan Respublikasının elm və mədəniyyət sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.
 
Sitat.info xəbər verir ki, Sərəncama əsasən, 2026-cı il üçün Azərbaycan Respublikasının elm və mədəniyyət sahələrində Dövlət Mükafatları aşağıdakı şəxslərə verilib:
 
Elm sahəsi üzrə
 
Asəf Hacı oğlu Hacıyev - "Çoxölçülü reqressiya analizi və süni intellekt” kitabına görə;
 
Tarix Meyrut oğlu Dostiyev - Orta əsr Gəncə və Şəmkir şəhər yerlərində aparılan arxeoloji qazıntılar əsasında əldə etdiyi fundamental elmi nəticələrə görə;
 
Mədəniyyət sahəsi üzrə
 
Eldar Hidayət oğlu Mikayılzadə – "Azərbaycan xalçası – ilmələrin rəqsi”, "Xəmsə” silsilələri və "Səmavi dinlər” triptixinə görə.



Xəbər xətti