Türkiyədə bələdiyyə sədri güllələndi

Türkiyədə bələdiyyə sədri güllələndi
Gündəm 23 May 2026 18:00

Türkiyənin Muğla vilayətinin Fethiye rayonunun bələdiyyə sədri Alim Karacaya qarşı silahlı hücum təşkil edilib.

Sitat.info “Haber Global”a istinadla xəbər verir ki, ayağından yaralanan bələdiyyə sədri təcili olaraq xəstəxanaya çatdırılıb.

İlkin məlumatlara görə, A. Karaca hələlik məlum olmayan səbəbdən silahlı hücuma məruz qalıb.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı genişmiqyaslı araşdırmalara başlayıb.