Vuçiç Çinə gedir

16:38 23 May 2026

Serbiya Prezidenti Aleksandr Vuçiç Çin Xalq Respublikasının sədri Si Cinpinin dəvəti ilə mayın 24-28-də Çinə rəsmi səfər edəcək.
 
Sitat.info report-a istinadən  xəbər verir ki, bu barədə Serbiya mediası məlumat yayıb.
 
Vuçiç Çin lideri və Dövlət Şurasının Baş naziri Li Tsyanla danışıqlar aparacaq.
 
Onun səfəri çərçivəsində 30-dan çox saziş, həmçinin Çin şirkətləri ilə bir neçə müqavilə imzalanacaq.



Xəbər xətti