Bakını içməli su ilə təchiz edən xətlər yenidən qurulacaq

Bakını içməli su ilə təchiz edən xətlər yenidən qurulacaq
SİYASƏT 23 May 2026 13:50

"Həm yeni su mənbələrinin yaradılması, həm də mövcud magistral su xətlərinin yenilənməsi nəzərdə tutulur".

Sitat.info xəbər verir ki, bunu APA-ya müsahibəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov deyib.

O qeyd edib ki, Oğuz-Qəbələ və digər magistral xətlərin yenidən qurulması planlaşdırılır.

Sədr müavini qeyd edib ki, dövlət proqramı çərçivəsində təxminən 100 il bundan qabaq tikilmiş Şollar xəttinin və mənbə qurğularının da yenidən inşası nəzərdə tutulur ki, bunların nəticəsində həmin kəmərlər üzrə Bakı və Abşeronda yarımadasına verilən suyun həcminin artırılması təmin olunacaq.