Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Çinə başsağlığı verib.
Sitat.info xəbər verir ki, bu barədə XİN-in X hesabında paylaşım edilib.
"Çinin Şansi əyalətindəki kömür mədənində baş verən və çoxlu sayda insanın həyatını itirməsinə və yaralanmasına səbəb olan faciəvi partlayışdan dərindən kədərlənirik.
Həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin başsağlığı verir, yaralananların hamısına tezliklə və tam sağalma arzulayırıq.
Xilasetmə və bərpa işlərində çalışan səlahiyyətli orqanlarla və fövqəladə hallara müdaxilə qüvvələri ilə həmrəyliyimizi ifadə edir və bu faciədən zərər çəkən bütün insanların kədərini paylaşırıq", - XİN-dən qeyd olunub.