Ülviyyə tarixə düşdü

Ülviyyə tarixə düşdü
Gündəm 22 May 2026 20:50

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-15 Avropa çempionatı davam edir.

Sitat.info xəbər verir ki, bu haqda Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Məlumata görə, güləşçimiz Ülviyyə Musayeva finalda türkiyəli Yağmur Minaza tam üstünlüklə (11:0) qalib gələrək U15 Avropa çempionu olub.

Beləliklə, Ülviyyə U15 yaş qrupunda Avropa çempionu olan ilk qadın güləşçimiz kimi tarixə düşüb.