Milyarder avtoqəzada öldü

Milyarder avtoqəzada öldü
Gündəm 21 May 2026 19:09
Rusiyanın Leninqrad vilayətinin Priozersk rayonunda milyarder Mixail Smirnov motosiklet qəzasında həlak olub.
 
Sitat.info "Qafqazinfo”ya istinadən xəbər verir ki, iş adamı "T120” markalı motosikletinin idarəetməsini itirərək "Haval” markalı avtomobilə çırpılıb.
 
Məlumata görə, o, təcili tibbi yardım gələnə kimi dünyasını dəyişib.
 
Qeyd edək ki, "Baltik Yanacaq Şirkəti”nin əsas fiqurlarından hesab olunan peterburqlu sahibkarın 53 yaşı var idi.