Samuxda yasda kütləvi zəhərlənmə olub

Samuxda yasda kütləvi zəhərlənmə olub
Gündəm 20 May 2026 20:00

Samux rayonunda keçirilən yas mərasimində kütləvi zəhərlənmə hadisəsi baş verib.


Sitat.info xəbər verir ki, hadisə rayonun Lək kəndində qeydə alınıb.

İlkin məlumata əsasən, mərasimdə iştirak edən 21 nəfər qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Onlara dərhal tibbi yardım göstərilib. Hazırda zəhərlənənlərin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Məlumata görə, zəhərlənənlər arasında azyaşlılar da var.