Görünüş məsafəsi kəskin azalacaq - XƏBƏRDARLIQ

Görünüş məsafəsi kəskin azalacaq - XƏBƏRDARLIQ
Gündəm 20 May 2026 17:53
Mayın 21-də bəzi yollarda görünüş çətinləşəcək.
 
Sitat.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
 
Bildirilib ki, gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda müşahidə olunacaq dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.