Estoniyada Rusiyaya doğru uçan dron vuruldu

16:04 19 May 2026

Estoniyada ilk dəfə olaraq Rusiya istiqamətinə uçan Ukrayna PUA-sı vurulub.

Sitat.info xəbər verir ki, bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur bildirib.

Onun sözlərinə görə, Tartu bölgəsində hava həyəcanı elan edildikdən sonra pilotsuz uçuş aparatı Vırtsiyarv gölü üzərində Rumıniya F-16 qırıcıları tərəfindən vurulub.

Nazir məsələ ilə bağlı Ukrayna Müdafiə Nazirliyinin üzr istədiyini qeyd edib.



Xəbər xətti