NATO bu mövzuda Türkiyəni dəstəklədi: "Ümid edirik ki, uğurlu olacaq"

NATO bu mövzuda Türkiyəni dəstəklədi: \"Ümid edirik ki, uğurlu olacaq\"
SİYASƏT 15 İyun 2022 14:34

 NATO Türkiyənin Ukraynadan taxıl ixracını təmin etmək səylərini dəstəkləyir.

SİTAT.İNFO xəbər verir ki, bunu çərşənbə günü NATO-nun baş katibi Yens Stoltenberq alyans ölkələrinin müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşü ərəfəsində keçirdiyi mətbuat konfransında deyib.

"Mən prezident Ərdoğanla sonuncu dəfə danışdığım zaman o, Ukraynadan taxıl ixracı ilə bağlı razılığın əldə olunması üçün fəal şəkildə cəhd göstərdiyini söylədi. Mən bu cəhdləri dəstəkləyirəm, ümid edirəm ki, onlar uğurla başa çatacaq".

Səid İsaoğlu,

SİTAT.İNFO