Kiyevdə matəm elan edildi

Kiyevdə matəm elan edildi
Gündəm 14 May 2026 17:50

Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə genişmiqyaslı zərbələr endirib.

Sitat.info Ukrayna mediasına istinadən xəbər verir ki, hücum nəticəsində 7 nəfər həlak olub, 44 nəfər isə yaralanıb. Daha 20 nəfərin isə itkin düşdüyü bildirilir. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

Hadisə ilə bağlı mayın 15-i Kiyevdə matəm elan edilib.