Qəbələyə gedən qatarlar Kürdəmirdə də dayanacaq

Qəbələyə gedən qatarlar Kürdəmirdə də dayanacaq
Gündəm 14 May 2026 14:13

16 maydan başlayaraq Bakı-Qəbələ-Bakı xətti ilə hərəkət edən qatarlar Kürdəmir stansiyasında da dayanacaq.

Sitat.info xəbər verir ki, bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

Bildirilib ki, ADY-nin bütün rayonlararası marşrutları ilə Kürdəmirə səfər etmək mümkün olacaq.