Tanınmış hakim təqaüdə göndərildi

Tanınmış hakim təqaüdə göndərildi
Gündəm 14 May 2026 14:00

Bakı Apellyasiya Məhkəməsinin hakimi Akif İsgəndərov təqaüdə göndərilib.

Sitat.info E-huquq.az-a istinadən xəbər verir ki, yaş həddi ilə əlaqədar onun hakimlik fəaliyyəti başa çatıb.

Qeyd edək ki, Akif İsgəndərov uzun illər Azərbaycan Respublikası Ali Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin hakimi kimi fəaliyyət göstərib.