4 ay əvvəl itkin düşmüşdü - Meyiti “Qanlı dərə”dən tapıldı

4 ay əvvəl itkin düşmüşdü - Meyiti “Qanlı dərə”dən tapıldı
Gündəm 12 May 2026 20:12

Salyan rayonunda dörd ay əvvəl itkin düşən kişinin meyiti tapılıb.


Sitat.info Qafqazinfo-ya istinadən xəbər verir ki, Qarabağlı kənd sakini 1976-cı il təvəllüdlü Rəhim Mustafayev bir neçə ay əvvəl ov tüfəngi ilə evdən çıxaraq naməlum istiqamətdə gedib və geri qayıtmayıb.

Onun itkin düşməsi barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.

Polisin apardığı axtarış tədbirləri nəticəsində kişinin meyiti "Qanlı dərə” adlanan ərazidə aşkar edilib və aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.