Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi məhdudlaşacaq
Gündəm 11 May 2026 19:10

Mayın 12-də bəzi yollarda görünüş çətinləşəcək.


Sitat.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda müşahidə olunacaq dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.