Abşeronda 61 yaşlı qadın ürəyindən bıçaqlandı

Abşeronda 61 yaşlı qadın ürəyindən bıçaqlandı
Gündəm 08 May 2026 13:48
Abşeronda bıçaq xəsarəti alan qadın ölüb.
 
Sitat.info Lent.az-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.
 
Şəhər sakini 61 yaşlı Nura Qiyas qızı Namazova yaşadığı evdə naməlum şəraitdə ürəyindən bıçaq yarası alıb. Nəticədə qadın ölüb.
 
Faktla bağlı araşdırma aparılır.