Azərbaycan və  İran XİN başçıları telefon danışığı aparıblar

Azərbaycan və  İran XİN başçıları telefon danışığı aparıblar
SİYASƏT 01 May 2026 17:04

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və iranlı həmkarı Abbas Əraqçı arasında telefon danışığı baş tutub.

Sitat.info xəbər verir ki, məlumata görə, tərəflər Yaxın Şərqdəki mövcud vəziyyəti müzakirə edib, regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar

XİN rəhbərləri iki ölkə arasında dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Habelə, söhbət zamanı ABŞ və İran arasında aparılan danışıqlar mərhələsindəki son proseslər müzakirə olunub.

Aytac,

Sitat.info