Hakan Fidan və Abbas Əraqçi müharibədəki son durumu müzakirə etdi

Hakan Fidan və Abbas Əraqçi müharibədəki son durumu müzakirə etdi
SİYASƏT 01 May 2026 16:15

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb.

Sitat.info xəbər verir ki, bu barədə qardaş ölkənin Xarici İşlər Nazirliyindəki mənbələrdən məlumat verilibb. 

Söhbət İran və ABŞ arasında danışıqlar prosesindəki son inkişaflara yönəlib.

Qeyd edilib ki, İsrail və ABŞ 28 fevralda, Tehran və Vaşinqton arasında danışıqlar davam edərkən İrana hərbi hücuma keçiblər.

İran bu savaşa İsraili, eləcə də ABŞ bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyni hədəf alan hücumlarla cavab verib.

ABŞ-İsrail hücumları İran lideri Ayətullah Əli Xameneinin və çoxsaylı digər yüksək vəzifəli şəxslərin ölümünə səbəb olub.

Nigar,

Sitat.info