"Barselona" Juan Kanselunu heyətdə saxlamaq üçün danışıqlara başlayıb

\"Barselona\" Juan Kanselunu heyətdə saxlamaq üçün danışıqlara başlayıb
Gündəm 30 Aprel 2026 19:48
İspaniyanın "Barselona" klubu icarə əsasında komandada çıxış edən Juan Kanselunu heyətdə saxlamaq niyyətindədir.
 
Son ölkə çempionu 31 yaşlı cinah müdafiəçisinin birdəfəlik transferi üçün Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal"la danışıqlar aparır.
 
Portuqaliyalı oyunçunun icarə müqaviləsinin müddətinin artırılması da gündəmdədir.
 
Xatırladaq ki, 2023/2024 mövsümündə də "Barselona"da çıxış edən Juan Kanselu cari ilin əvvəlində komandaya keçib.