Paşinyan bu ərəb dövlətinin əmirinə "Dostluq" ordeni verdi
Paşinyan Qətər əmirinin atasına “Dostluq” ordenini təqdim edib.
Həməd bin Xəlifə Al Tani 1995-ci ildən Qətərin əmiridir. 2013-cü ildə o, əmirlikdəki hakimiyyəti oğlu, vəliəhd şahzadə Təmim bin Həməd Al Taniyə təhvil verəcəyini açıqlamışdı.
Hökumətin mətbuat xidmətinin məlumatına görə, Nikol Paşinyan Həməd bin Xəlifə Al Taniyə Ermənistan Respublikasının “Dostluq” ordenini təqdim edib. Həmsöhbətlər iki ölkə arasında əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər.
Ləman,
SİTAT.İNFO