Sara Əzimovaya yeni vəzifə verildi

Sara Əzimovaya yeni vəzifə verildi
Gündəm 29 Aprel 2026 11:40

Sara Əzimovaya yeni vəzifə verilib.

Sitat.info APA-ya istinadla xəbər verir ki, o, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumda mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Sara Əzimova bu gün kollektivə təqdim olunub.

Bildirək ki, aprelin 17-də Sara Əzimova öz ərizəsi əsasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sərəncamı ilə “Şərq qapısı” qəzetinin baş redaktoru vəzifəsindən azad edilib.