Rusiyada mer saxlanıldı

Rusiyada mer saxlanıldı
Gündəm 28 Aprel 2026 18:37
Rusiyanın Ufa şəhərinin meri Ratmir Mavliyev iş otağında hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
 
Sitat.info xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.
 
Merlə bərabər administrasiya rəhbərinin müavini və daha iki nəfər saxlanılıb.
 
Qeyd edək ki, R.Mavliyev 2022-ci ildən Ufa şəhər administrasiyasının rəhbəri vəzifəsini tutur.