Masazırdakı Qotur göllə bağlı zəruri tədbirlər görüləcək

Masazırdakı Qotur göllə bağlı zəruri tədbirlər görüləcək
Gündəm 28 Aprel 2026 12:44

Abşeron rayonun (Masazır, Qotur gölü) 12/26 saylı kanalizasiya nasos sistemində (KNS) nasos aqreqatları bərpa ediləcək.

Sitat.info xəbər verir ki, bu barədə məlumat Azərbaycan Prezidentinin 2026-cı il 28 aprel tarixli sərəncamına əsasən, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısında qeyd olunub.

Məlumata əsasən, KNS-də idarəetmə paneli yuxarı səviyyəyə qaldırılacaq və digər zəruri tədbirlər görüləcək.