Maşın arakəsməyə çırpıldı - 4 nəfər xəsarət aldı

Maşın arakəsməyə çırpıldı - 4 nəfər xəsarət aldı
Gündəm 27 Aprel 2026 19:26

Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info xəbər verir ki,  “Qafqazinfo”nun məlumatına görə, hərəkətdə olan “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq arakəsməyə çırpılıb.

Hadisə zamanı avtomobildə olan 1972-ci Süleyman Bayramov, 1961-ci il təvəllüdlü İmran Ələkbərov, 1980-ci il təvəllüdlü İsmayıl Bayramov və 1984-cü il təvəllüdlü Əffət Camalova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.