“WhatsApp” bu telefonlarda işləməyəcək

18:13 27 Aprel 2026

Dünyada ən çox istifadə olunan mesajlaşma tətbiqlərindən "WhatsApp" 8 sentyabr 2026-dan etibarən Android 6.0-dan aşağı əməliyyat sisteminə malik cihazlarda dəstəyi dayandıracaq.
 
Qərar xüsusilə Android 5.0 və 5.1 ilə işləyən köhnə modellərə təsir edəcək.
 
Şirkət bu addımı təhlükəsizlik və performans tələbləri ilə əsaslandırıb. Bildirilir ki, yeni funksiyalar və şifrələmə sistemləri köhnə sistemlərdə stabil işləmədiyi üçün dəstək dayandırılır.
 
İstifadəçilərə məlumat itkisinin qarşısını almaq üçün ehtiyat nüsxə yaratmaq, cihazlarını yeniləmək və ya daha yeni modellərə keçmək tövsiyə olunur. Məlumata görə, mesaj və fayllar Google Drive üzərindən saxlanıla bilər.
 
iOS istifadəçiləri isə bu dəyişiklikdən təsirlənməyəcək və xidmət iOS 15.1 və daha yeni versiyalarda davam edəcək.



Xəbər xətti