Göygöldə 62 yaşlı qadın dəm qazından öldü

Göygöldə 62 yaşlı qadın dəm qazından öldü
Gündəm 25 Aprel 2026 17:13

Göygöldə 62 yaşlı qadın dəm qazından boğularaq ölüb.

Sitat.info xəbər verir ki, hadisə rayonun Bəhrəmbağı qəsəbəsində qeydə alınıb.

Belə ki, evində tək yaşayan qəsəbə sakini, 1964-cü il təvəllüdlü İradə Allahverdiyeva hamam otağında dəm qazından boğularaq ölüb.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.

///Qafqazinfo