Samboçumuz Avropa çempionu oldu

Samboçumuz Avropa çempionu oldu
Gündəm 24 Aprel 2026 17:48

 

Azərbaycan samboçusu Tuncay Şamil Serbiyanın Novi Sad şəhərində keçirilən gənclər və yeniyetmələr arasında Avropa çempionatında qızıl medal qazanıb.

Sitat.info xəbər verir ki, yarışın son günündə tatamiyə çıxan idmançımız 98 kiloqram çəki dərəcəsində bütün rəqiblərini üstələyərək qitənin ən güclüsü adını qazanıb.

Komandamız çempionatda 1 qızıl, 2 gümüş və bir neçə bürünc medal qazanıb.