1520-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

1520-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
Gündəm 23 Aprel 2026 14:45

Rusiya müharibənin 1520-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 671 təyyarəsi, 284 helikopteri, 137 138 PUA-sı, 656 zenit-raket kompleksi, 29 020 tank və digər zirehli texnikası, 1 705 reaktiv yaylım atəş sistemi, 34 583 artilleriya və minaatanı, 60 019 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.