Azərbaycan XİN İsraili təbrik etdi

Azərbaycan XİN İsraili təbrik etdi
Gündəm 22 Aprel 2026 17:10
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsrailinin Müstəqillik Gününü təbrik edib.
 
Sitat.info xəbər verir ki, nazirlik bu barədə X sosial media hesabında post paylaşıb.
 
"İsrailin 78-ci Müstəqillik Günü münasibətilə İsrail hökumətini və xalqını səmimi qəlbdən təbrik edirik. Müstəqillik Günün mübarək olsun, İsrail!" - paylaşımda qeyd olunub.