Qar yağacaq, sel keçəcək - Xəbərdarlıq

Qar yağacaq, sel keçəcək - Xəbərdarlıq
Gündəm 22 Aprel 2026 16:25

Aprelin 24-25-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

“Sitat.info” xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.