Məktəblərdə "Son zəng"in keçiriləcəyi tarix açıqlandı

Məktəblərdə \"Son zəng\"in keçiriləcəyi tarix açıqlandı
Gündəm 21 Aprel 2026 20:26

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatına əsasən, bütün dövlət ümumtəhsil müəssisələrində ənənəvi "Son Zəng” tədbiri iyun ayının 13-də keçiriləcək. 


Bu barədə Agentlikdən Sitat.info-ya bildirilib. 

Qeyd edilib ki, "Son Zəng” tədbirinin keçirilməsi qaydalarını tənzimləyən təlimatlar məktəblərə göndərilib, təlimatdan irəli gələn məsələlərlə bağlı şagird, müəllim və valideynlərlə müvafiq söhbətlər aparılır.