Bu marşrut üzrə bütün avtobuslar yenilənir

Bu marşrut üzrə bütün avtobuslar yenilənir
Gündəm 21 Aprel 2026 20:00

53 nömrəli şəhərdaxili marşrut üzrə bütün avtobuslar yenilənir.

 

Bu barədə Sitat.info-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
 

Aprelin 22-dən marşrut üzrə 10 müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan avtobus sərnişinlərin xidmətində olacaq.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.

Xatırladaq ki, marşrut xəttində avtobusların bir qismi ötən ilin noyabrında yenilənib. Daşıyıcı tərəfindən yeni avtobuslar gətirilərək xəttə əlavə olunur.