Kür çayı daşdı: Samuxda əkin sahələrini su basdı

Kür çayı daşdı: Samuxda əkin sahələrini su basdı
Gündəm 20 Aprel 2026 20:35

Kür çayının Samux rayonundan keçən hissəsində suyun səviyyəsi qalxıb.

Sitat.info xəbər verir ki, nəticədə rayonunun Qaraağaclı kəndinin Qarasaqqal adlanan ərazisində 200 hektara yaxın taxıl sahəsi su altında qalıb.

Samux rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, eyni kənddə əkin olmayan 100 hektar ərazi də su altında qalıb./Report