27 yaşlı gənc mənzilində ölü tapıldı

27 yaşlı gənc mənzilində ölü tapıldı
Gündəm 20 Aprel 2026 16:00

Mingəçevirdə 27 yaşlı gənc yaşadığı mənzildə ölü vəziyyətdə aşkarlanıb.

Sitat.info xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən keçmiş “Kür” mehmanxanasının köhnə binasında qeydə alınıb.

Bildirilir ki, burada müvəqqəti məskunlaşan 1999-cu il təvəllüdlü Murad Şirinov yaşadığı mənzildə ölmüş vəziyyətdə tapılıb.

İlkin müayinə zamanı onun ürək çatışmazlığından vəfat etdiyi müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.

///Qafqazinfo