Sabah muzeyləri ziyarət pulsuz olacaq

20:50 17 Aprel 2026

18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Azərbaycan Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqları və muzeylərdə "açıq qapı” günü keçiriləcək.
 
Bu barədə Sitat.info-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, aprelin 18-də ziyarətçilərin qeyd olunan məkanlara girişi ödənişsiz təmin olunacaq.



Xəbər xətti