Ölkə birincisi BANM-də təhsil almağı arzulayır

20:00 17 Aprel 2026

Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanlarının nəticələrinə əsasən, maksimal nəticə göstərən (300 bal) Aydın Həsənli Bakı Ali Neft Məktəbində təhsil almağı arzulayır.
 
AZXEBER.COM xəbər verir ki, o, BANM-in Kompüter elmləri ixtisasını seçmək niyyətindədir.
 
Aydın Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdidir.
 
Aydın Həsənli daha əvvəl də IX sinif üzrə buraxılış imtahanında maksimum nəticə göstərərək 300 bal toplamışdı.
 
/qafqazinfo
 



Xəbər xətti