Əhməd Əl Şaraa: Dünən sonuncu ABŞ hərbi texnikası Suriyanı tərk edib

Əhməd Əl Şaraa: Dünən sonuncu ABŞ hərbi texnikası Suriyanı tərk edib
Gündəm 17 Aprel 2026 18:38
Dünən sonuncu ABŞ hərbi texnikası Suriyanı tərk edib.
 
Bunu Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa V Antalya Diplomatiya Forumunda bildirib.
 
Onun sözlərinə görə, Suriyada əvvəllər eyni vaxtda Böyük Britaniya, ABŞ, Fransa və Rusiyaya məxsus bir neçə hərbi baza fəaliyyət göstərib.
 
Prezident vurğulayıb ki, artıq Suriyanın şimal-şərq bölgəsi bütün xarici hərbi bazalardan tamamilə azaddır.