SEPAH İsrail siyasətinə bənzər xətt yürüdür - Politoloqdan sərt AÇIQLAMA

15:39 17 Aprel 2026

"İranda SEPAH-a bağlı müəyyən siyasilər qeyd edir ki, İran qalib olarsa, "Zəngəzur" dəhlizi - TRİP layihəsinin qarşısını alacaq.  Bu layihəni Türk Birliyi kimi təqdim edərək, İran üçün arzuolunmaz bir marşrut kimi xarakterizə edirlər. Göründüyü kimi, hakimiyyətdə qalmasını özünün qalibiyyəti hesab edən SEPAH qonşu ölkələrə qarşı yenidən təhdidlərlə danışır. Ötən gün Bəhreyni işğalla hədələyən rejimin sözçüləri bu gün "Zəngəzur" dəhlizini və Türk birliyini hədəfə alırlar".

Sitat.info xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

O qeyd edib ki, bu rejimin mahiyyəti budur: " Qonşularla normal münasibətlər sisteminə deyil, yalnız təzyiq etməklə öz mövqelərini diktə edir. Qırx gün ərzində öz liderlər kadrosunun itirən və ölkəsinin hərbi infrastrukturu sıradan çıxarılan, hərbi donanması yox olmaqla yanaşı, ölkəsi "olum ya ölüm" dilemması qarşısında olan rejimin dili yenidən açılıb. "Zəngəzur" dəhlizi regional iqtisadi və nəqliyyat əməkdaşlığıdır. Regionda sülhə xidmət edir. İranın Zəngəzur dəhlizinə mane ola bilməsi yeni böhrana yol aça bilər. Öz ərəb qonşuları tərəfindən hərbi zərbələrə məruz qalan İranın şimal qonşuları ilə körpüləri yandırması öz əleyhinə işləyə bilər.

Bu gün İsrail bütün qonşulari ilə düşmən vəziyyətdədir. Hər bir qonşusunu təhdid edir. Görünür, İran rejimi -SEPAH İsrailin həyata keçirdiyi siyasətlə eyni xəttə malikdir".

Nigar,

Sitat.info



Xəbər xətti