Hidayət Heydərov Avropa çempionatının finalına yüksəldi

Hidayət Heydərov Avropa çempionatının finalına yüksəldi
İdman 17 Aprel 2026 14:22

Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatında finala vəsiqə qazanıb.

Sitat.info xəbər verir ki, təmsilçimiz yarımfinalda türkiyəli Bilal Çiloğlunu məğlub edib.

Beləliklə, olimpiya çempionu ən azı gümüş medalı təmin edib.

Onun həlledici raunddakı rəqibi gürcüstanlı Laşa Şavdatuaşvili olacaq.