Sabirabadda şagirdləri daşıyan mikroavtobus aşdı

Sabirabadda şagirdləri daşıyan mikroavtobus aşdı
Gündəm 16 Aprel 2026 19:39

Sabirabad rayonunda yol-nəqliyyatı hadisəsi qeydə alınıb.

Sitat.info xəbər verir ki, hadisə rayonun Osmanlı kəndi ərazisində baş verib.

Belə ki, içərisində 20-yə yaxın şagirdin olduğu “Mercedes” markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Nəticədə şagirdlərin bir neçəsi yüngül xəsarət alıb.

Məlumata görə, mikroavtobusda olan şagirdlər Şirvandan hazırlıq kursundan geri dönürmüş.

Faktla bağlı araşdırma aparılır.