Uşaqların altısı internata verildi, biri valideynlərində qalacaq - SƏBƏB

14:23 15 Aprel 2026

Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən daha iki uşaq valideynlərin razılığı əsasında dövlət himayəsinə veriləcək.

Sitat.info xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti “Report”un yerli bürosunun sorğusuna cavab olaraq yeni tədris ili başlayandan sonra həmin uşaqlar Bilgəhdə yerləşən internat evində təhsillərini davam etdirəcəkləri bildirilib..

Qeyd olunub ki, ailənin ümumilikdə 7 uşağı var, onlardan 4-ü hazırda Bilgəhdə yerləşən internat evində təhsil alır:

“Yerdə qalan iki uşaq da dövlət himayəsinə veriləcək. Həmin uşaqların gələn həftədən etibarən dövlət himayəsinə verilməsi nəzərdə tutulur və onlar növbəti tədris ilindən etibarən Bilgəhdə təhsillərini davam etdirəcəklər. Ailədə qalan körpə isə südəmər olduğundan valideynlərin yanında qalır”.

Qeyd edək ki, aprelin 1-də Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib, sonradan, aprelin 3-də 2 yaşlı körpə qız ölüb.



Xəbər xətti