Qubada qardaş qardaşı bıçaqladı

Qubada qardaş qardaşı bıçaqladı
Gündəm 13 Aprel 2026 11:19

Quba rayonunda bıçaqlanma hadisəsi baş verib.

Sitat.info  xəbər verir ki, hadisə aprelin 12-də Timiryazev qəsəbəsi ərazisində qeydə alınıb.

Qəsəbə sakini, əvvəllər məhkum olunmuş 37 yaşlı Şaval Ağayev münaqişə zəminində qardaşı, əvvəllər məhkum olunmuş 38 yaşlı Təhməz Ağayevə bıçaqla döş qəfəsindən xəsarət yetirib.

Əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır./APA