ABŞ Prezidenti: İran nüvə silahından imtina edəcəyini deyir

ABŞ Prezidenti: İran nüvə silahından imtina edəcəyini deyir
Gündəm 10 Aprel 2026 20:48

ABŞ Prezidenti Donald Tramp İranın şəxsi danışıqlarda nüvə silahından imtina edəcəyini bildirdiyini iddia edib.


Bu barədə Tramp "The New York Post"a açıqlamasında deyib.

Onun sözlərinə görə, Tehran qeyri-rəsmi görüşlərdə nüvə proqramından imtina etdiyini desə də, ictimaiyyət qarşısında uranın zənginləşdirilməsi hüququnu müdafiə edir.

Tramp İranın səmimiliyinə şübhə etdiyini vurğulayıb.