Seldə köməksiz qalmışdı - Vətəndaşlar xilas etdi

Seldə köməksiz qalmışdı - Vətəndaşlar xilas etdi
Gündəm 06 Aprel 2026 18:00

Şabranda su basmış ərazidə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib.

Sitat.info xəbər verir ki, elektrik dirəyindən yapışaraq boğulmaqdan xilas olan şəxsi görən vətəndaşlar ekskavatorla ona yaxınlaşıblar.

Lakin daha artıq yaxınlaşmaq mümkün olmadığından həmin şəxs kəndirlə təhlükəli ərazidən çıxarılıb.