54 yaşlı sürücü sükan arxasında öldü

54 yaşlı sürücü sükan arxasında öldü
Gündəm 06 Aprel 2026 17:13

 

Bakıda sürücü sükan arxasında vəfat edib.

Sitat.info xəbər verir ki, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib.

Belə ki, Bakı şəhər sakini 1972-ci il təvəllüdlü Ləyaqət Vəliyev “Toyota” markalı avtomobilini idarə edərkən qəfil ölüb.

Onun ürək çatışmazlığından həyatını itirdiyi bildirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.