Pakistan ABŞ və İrana atəşkəs planı təqdim etdi: Razılaşma ola bilər...

Pakistan ABŞ və İrana atəşkəs planı təqdim etdi: Razılaşma ola bilər...
SİYASƏT 06 Aprel 2026 12:06

Pakistan ABŞ və İrana iki mərhələli atəşkəs planı təqdim edib və bu plan bazar ertəsi günü qüvvəyə minə bilər.

Sitat.info xəbər verir ki, bu barədə Reuters agentliyi ciddi mənbələrə istinadən məlumat verib.  

Mənbə bildirib ki, bütün detallar bu gün razılaşdırılmalıdır. İlkin razılaşmanın anlaşma memorandumu formasında olması gözlənilir və bu plan  danışıqlar üçün yeganə ünsiyyət kanalı olan Pakistan vasitəsilə elektron şəkildə yekunlaşdırılacaq.

Agentliyin məlumatına görə, Pakistan  tərəfindən hazırlanan plan dərhal atəşkəs elan edilməsini və ardınca 15-20 gün ərzində hərtərəfli razılaşmanın əldə edilməsini nəzərdə tutur.

Mənbənin sözlərinə görə, hərbi əməliyyatların dayandırılması ilə paralel Hörmüz boğazı da dərhal açılmalıdır. 

Tehran,

Sitat.info