Böyük Britaniya Küveytə HHM sistemi göndərəcək

Böyük Britaniya Küveytə HHM sistemi göndərəcək
Gündəm 03 Aprel 2026 18:25
Böyük Britaniya Küveytə "Rapid Sentry” Hava Hücumundan Müdafiə sistemi göndərəcək.
 
Bu barədə Britaniya hökuməti məlumat yayıb.
 
Britaniya Baş naziri Keir Starmer və Küveytin vəliəhd şahzadəsi Sabah əl-Xalid əl-Sabah telefon danışığı zamanı ötən gecə Küveytin neft təsisatına dron hücumunu müzakirə ediblər.
 
Starmer bu hücumu qınayıb və ölkəsinin Körfəzdəki müttəfiqlərlə həmrəy olduğunu bəyan edib.