Fransa Prezidenti Emmanuel Makron amerikalı həmkarı Donald Trampın o və həyat yoldaşı Bricit Makron barəsində səsləndirdiyi fikirlərə münasibət bildirmək istəməyib.
Sitat.info “The Guardian”a istinadən xəbər verir ki, jurnalistlər Cənubi Koreyada səfərdə olan Fransa liderinin mövzu ilə bağlı rəyini öyrənməyə çalışıblar.
“Bilirsiniz, mən bu söhbətə qoşulmaq niyyətində deyiləm. Biz son dərəcə ciddi mövzuları müzakirə edirik, müharibədən danışırıq. Bu gün biz döyüş meydanında olan kişi və qadınlardan, bu bölgədəki müharibə səbəbindən həlak olan dinc sakinlərdən bəhs edirik”, - Fransanın dövlət başçısı deyib.
Makron Trampın həmin bəyanatlarına cavab vermək niyyətində olmadığını bildirib: “Eşitdiyim və sizin istinad etdiyiniz sözlər vəziyyətin ciddiliyinə uyğun deyil”.
Əvəzində Fransa lideri danışıqların bərpası naminə hərəkətə keçməyin vacibliyini vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Donald Tramp Emmanuel Makron ilə həyat yoldaşı Bricit Makron arasında münasibətləri zarafatyana şərh edib. O, həyat yoldaşının Makronla pis rəftar etdiyini söyləyib.